“Samsunspor” klubu “Qarabağ”ın futbolçusu ilə maraqlanır
Türkiyənin daha bir klubu “Qarabağ”ın aparıcı futbolçularından biri olan Abdulla Zubirə maraq göstərir.

Bu, Türkiyə Birinci Divizionunda mübarizə aparan “Samsunspor” klubudur. Super Liqaya vəsiqə qazanan komanda heyətini gücləndirmək istəyir. Rəhbərliyin əsas transfer hədəflərindən biri də məhz Zubirdir.

Qeyd edək ki, daha əvvəl Super Liqa təmsilçisi “Alanyaspor”un da Abdulla Zubirə maraq göstərdiyi məlum olub.

Xəbər 123 dəfə oxundu.