UEFA Konfrans Liqası: “Fiorentina” klubu səfərdə “Lex”ə böyük hesabla qalib gəlib
UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin ilk oyunları keçirilib.

Açılış matçında turnirin pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belçikanın “Gent” komandası İngiltərənin “Vest Hem” klubunu sınağa çəkəcək. Belçikada oynanılan matçda qalib müəyyənləşməyib – 1:1.

Günün oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Gent” (Belçika) – “Vest Hem” (İngiltərə) – 1:1

“Lex” (Polşa) – “Fiorentina” (İtaliya) – 1:4

“Anderlext” (Belçika) - “AZ Alkmaar” (Niderland) – 2:0

“Bazel” (İsveçrə) – “Nitsa” (Fransa) – 2:2.

Qeyd edək ki, bu raundun cavab görüşləri aprelin 20-də keçiriləcək.

Xəbər 121 dəfə oxundu.