Çimərlik futbolu üzrə Azərbaycan millisinin üçüncü Avropa Oyunlarındakı rəqibləri məlum olub
Çimərlik futbolu üzrə Azərbaycan millisinin üçüncü Avropa Oyunlarındakı rəqibləri məlum olub.

Polşanın Krakov şəhərində təşkil olunacaq Oyunların çimərlik futbolu yarışlarında Azərbaycan millisi ilə yanaşı, İspaniya, İtaliya, Polşa, Moldova, Portuqaliya, İsveçrə və Ukrayna yığmaları birincilik uğrunda mübarizə aparacaqlar.

Üçüncü Avropa Oyunlarında çimrəlik futbolu yarışları iyunun 27-dən iyulun 2-dək davam edəcək.

Xəbər 124 dəfə oxundu.