Üçüncü Avropa Oyunlarının biletləri satışa çıxarılıb
İyunun 21-dən iyulun 2-dək Polşada təşkil olunacaq üçüncü Avropa Oyunlarının biletləri satışa çıxarılıb.

Biletlərin qiyməti 4-20 avro arasında dəyişir. Aprelin 3-dən əvvəl platformada qeydiyyatdan keçən azarkeşlər ilk 10 min bileti 25 faiz endirimlə əldə edə biləcəklər.

Qeyd edək ki, üçüncü Avropa Oyunlarına 7 mindən artıq idmançı qatılacaq.

Xəbər 183 dəfə oxundu.