“Olimpiakos” klubu futbolçusu Xames Rodriqezlə yollarını ayırıb
Yunanıstanın “Olimpiakos” klubu futbolçusu Xames Rodriqezlə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Otuz bir yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Futbolçu 2022-ci ilin yayından Yunanıstan təmsilçisinin formasını geyinirdi. O, “Olimpiakos”da çıxdığı 24 matçda 5 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Kolumbiyalı futbolçu karyerası ərzində "Enviqado", "Benfild", "Portu", "Real", "Monako", "Bavariya", "Everton", "Əl-Rəyyan" kimi komandalarda forma geyinib.

Qeyd edək ki, “Olimpiakos” komandası Yunanıstan çempionatında 26 oyundan sonra 58 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb.

Xəbər 111 dəfə oxundu.