Belçikada Formula 1 çempionatı ilə müqavilənin müddətini uzatmağa ümid edirlər
Belçika Qran-Prisinin keçirilməsi üçün qüvvədə olan müqavilənin müddəti bu mövsümün sonunda bitir. Spadakı trasın yenidən qurulması işləri başa çatıb və mərhələnin promouteri Vanessa Maes əmindir ki, görülmüş işlər Formula 1 ilə yeni müqavilənin imzalanması şansını artırır.

Vanessa Maes bu barədə deyib: “Hazırda mən bir il bundan əvvələ nisbətən daha nikbin əhvali-ruhiyyəyə köklənmişəm. Bu ay bizə Formula 1-dən nümayəndə heyəti gəlmişdi. İki gün ərzində onlar trasdakı dəyişiklikləri öyrəndilər. Bu dəyişikliklər sayəsində növbəti Qran-Pri 2022-ci ildəki mərhələ ilə müqayisədə daha uğurlu alınmalıdır.

Biz əminik ki, indi avtodrom Formula 1-in bütün tələblərinə tamamilə uyğun gəlir. Biz bütün şərtləri yerinə yetirmişik. Yaxın vaxtlarda Formula 1 nümayəndələri ilə yeni görüşümüz planlaşdırılıb”.

Xəbər 117 dəfə oxundu.