Azərbaycanlı futbolçu Nurlan Novruzov karyerasını Litvada davam etdirəcək
Azərbaycanlı futbolçu Nurlan Novruzov karyerasını Litvada davam etdirəcək.

30 yaşlı hücumçu “Jonava”ya transfer olunub. Bu barədə Litva klubunun saytı məlumat yayıb.

Qeyd edək ki, "Jonava" Litva Birinci Liqasında 5 turdan sonra xal qazana bilməyib və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

N.Novruzov karyerası ərzində Azərbaycanda “Bakı”, “Sumqayıt”, Səbail”, Türkiyədə “Şanlıurfa”, “Dersim 62 Spor”, Moldovada “Dinamo-Auto”, Estoniyada "Narva Trans", Nepalda “Lalitpur Siti”də oynayıb.

Xəbər 133 dəfə oxundu.