Avropa Badminton Konfederasiyasının Bakıda keçiriləcək konqresinə sayılı günlər qalıb
Aprelin 21-də Avropa badminton ictimaiyyətinin diqqəti Bakıya yönələcək. Azərbaycan badmintonu tarixində ilk yaşanacaq.

ilk dəfə Avropa badminton federasiyalarının prezidentləri bu idman növü ilə bağlı qitənin fəaliyyət planını müzakirə etmək üçün ölkəmizdə bir araya gələcəklər.

Aprelin 21-22-də keçiriləcək konqresin gündəliyinə bir sıra məsələlər daxildir. Konqres çərçivəsində Avropa Badminton Konfederasiyasına üzv federasiyaların forumu keçiriləcək.

Avropa badminton nümayəndə heyətlərinin illik sayca 56-cı toplantısında 2024-cü ildə Parisdə keçiriləcək yay Olimpiya Oyunlarına hazırlıq dönəmində badminton yarışları ilə bağlı gündəmdə olan məsələlər müzakirə olunacaq.

Konqresin devizi inklüziv badminton olub, badmintonun hər kəs üçün əlçətanlığını tərənnüm etməkdir.

Xatırladaq ki, Bakı Avropa Badminton Konfederasiyasının ötən il Maltanın paytaxtı Vallettada keçirilən illik toplantısında 3 namizəd şəhər arasından mötəbər tədbirə ev sahibliyi etmək hüququ qazanıb.

Xəbər 183 dəfə oxundu.