Qadın taekvondoçularımız İstanbulda təlim-məşq toplanışında iştirak edəcəklər
Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb.

Yığmamız baş məşqçi Sin Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında İstanbulda Böyükşəhər Bələdiyyəsinin komandası ilə birgə təlim-məşq toplanışı keçəcək.

Hazırlıq prosesində Fəridə Əzizova, Patimat Abakarova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Məryəm Məmmədova, Səmərrux Osmanova, Paniz İsmailpur və Fatimə Məcidova iştirak edəcəklər.

Məşqlər aprelin 26-da başa çatacaq. Komanda ertəsi gün Bolqarıstana yollanacaq və burada klublararası Avropa çempionatında gücünü sınayacaq.

Qeyd edək ki, Sofiyada keçiriləcək yarış aprelin 30-da bitəcək.

Xəbər 136 dəfə oxundu.