İngiltərədə müsəlmanların qiyamı
İngiltərə Premyer Liqasından «Nyukasl» ötən günlərdə gələn mövsüm üçün «Wonga» adlı bir maliyyə şirkətiylə razılaşma əldə etmişdi. İdman.com.az saytının məlumatına görə, «Wonga» şirkəti müştərilərinə qısa müddətli kredit verən və bunun qarşılığında da faiziylə pulunu da alan bir şirkətdir.
«Nyukasl»da forma geyinən müsəlman futbolçular isə bu vəziyyətdən narahatdılar. Çünki müsəlmanlıqda bu şəkildə pul qazanmaq haram sayılır. İslami banklarda da faiz tətbiqi edilmir.

Komandadakı müsəlman oyunçular Demba Ba, Papiss Sisse, Çeik Tiote və Hatem Ben Arfa daha əvvəl belə bir hadisə yaşamış keçmiş «Sevilya»lı futbolçu Frederik Kanutenin yolunu gedə bilərlər.
Malili futbolçu Kanute «Sevilya»da forma geyindiyi dövrdə klubun bir mərc şirkətiylə forma sponsorluğu üçün razılaşmasından sonra müsəlman olduğu üçün həmin şirkəti reklamı olan formanı geyinməyi rədd etmişdi. Kanute daha sonra şirkətin müsəlman uşaqlara kömək etməsiylə formanı geyinmiş, lakin reklamın üstünə də qara bir lent bağlamışdı.

Britanya Müsəlmanlar Komissiyasının rəsmilərindən Şeyx İbrahim Moqra verdiyi şərhdə «Bu hadisənin iki istiqaməti var. Bir tərəfdə dini qaydalar və digər tərəfdə adamın öz seçkiləri. Buradakı qadağanın məqsədi zəif olanı güclü və zəngin olanın istismar etməsindən qorumaqdı» şəklində danışdı.
«Wonga» şirkəti çox yüksək faiz nisbətləriylə də diqqəti çəkən bir firmadı. Əgər bir «Nyukasl» tərəfdarı 50 funt olan komandanın formalarından almaq üçün kredit çəksə, bunu 71,92 funt olaraq geri ödəmək məcburiyyətində qalır.

Digər tərəfdən isə «Nyukasl» «Wonga» ilə əldə etdiyi razılaşma sonrasında stadionun köhnə adı olan «Sent Ceyms Park» istifadə ediləcək və bu da reaksiyaların bir az azalmasını təmin edir.

Xəbər 1103 dəfə oxundu.