Bakıda Formula 1-in sprint mərhələsində təsnifat formatı məlum olub
Britaniyanın “RaceFans” nəşri 28-30 aprel tarixlərində Bakıda şəhər trasında təşkil olunacaq Formula 1 yarışlarının sprint mərhələsinin yeni formatının təfərrüatını açıqlayıb.
Bundan əvvəl yayılan məlumata görə, şənbə günü ikinci məşqin əvəzinə qısa yürüş üçün ayrıca təsnifat təşkil olunacaq. Standart təsnifat sessiyası kimi, bu yürüş də üç seqmentdən ibarət olacaq. Lakin adətən müvafiq olaraq 18 və 15 dəqiqə çəkən birinci və ikinci hissələr vaxt etibarilə qısa olacaq. Üçüncü seqmentdə isə on iştirakçıdan hər biri növbə ilə hərəyə bir sürətli dövrə vuracaq.

Azərbaycan Qran-Prisinin yürüş uik-endinin formatının aprelin 25-də Formula 1 çempionatının Komissiyasının iclasında təsdiqlənəcəyi gözlənilir.

Xəbər 131 dəfə oxundu.