«Qızıl»a həsrət paytaxtlar
Avropada bir sıra ölkələr var ki, onlarda çoxdandı ki, paytaxt klubları çempionluğa həsrət qalıblar. İdman.com.az saytının məlumatına görə, bunların sırasında ən uzun həsrətliləri diqqətinizə çatdırırıq:

1.Almaniya – 78 mövsüm

Paytaxtdan son çempion: «Herta» (Berlin) – 1930/31.
Mane olan: «Bavariya», «Rapid» (Vyana) və daha 18 klub.
Seriyanı qırmağa namizəd: Hazırkı Bundesliqadan heç bir klub.

Uzaq 1931-ci ildə Berlin «Herta»sının zəfərindən sonra Almaniyada paytaxt sakinləri çempion görməyiblər. O vaxtdan kim çempion olmayıb: «Rot Vayss», «Manheym», hətta zamanının siyasi durumunun gətirdiyi Vyana «Rapidi»də. Maraqlıdı ki, «Herta»dan sonrakı ilə «Bavariya» tarixinin ilk çempionluğunu qazanaraq, paytaxtın yolunu əbədi kəsdi. O zamandan «Herta» yalnız bir dəfə «gümüş»ə yetişə bilib. İndi isə ən azı il yarım çempionluq görə bilməz. Real olaraq isə, qat-qat uzun müddət.

2. Türkiyə - 54 mövsüm

Paytaxtdan son çempion: olmayıb.
Mane olan: «Fənərbağça», «Qalatasaray», «Beşiktaş» (hamısı – İstanbul), «Trabzonspor», «Bursaspor».
Seriyanı qırmağa namizəd: «Gənclərbirliyi» (Ankara).

Yarım əsrdən artıq tarixi olan Türkiyə çempionatı paytaxt Ankaradan çempion görməyib. Mübarizə əsasən İstanbul üçlüyü arasında gedib. Bu şəhərin hegemonluğuna 6 dəfə Trabzon, yaxınlarda isə 1 dəfə Bursa mane olub.

3. Şotlandiya - 52 mövsüm

Paytaxtdan son çempion: «Harts» (Edinburq) – 1959/60.
Mane olan: «Dandi», «Dandi Yunayted», «Kilmarnok», «Aberdin», «Reyncers», «Seltik».
Seriyanı qırmağa namizəd: «Hibernian», «Harts».

İstənilən şotland azarkeşi üçün ölkənin paytaxtı Qlazqodu. Ancaq rəsmiyyətdə bu status Edinburqdadı. Paytaxtın ən uğurlusu «Harts» son çempionluğundan sonrakı 52 ildə 6 dəfə «Reyncers»lə «Seltik»in arasına girərək, 2-ci olub. Sonuncu belə hal isə 2006-cı ildə olub. İndi «Reyncers»in olmadığı halda «Harts» mövsümü zəif başlasa da, digər paytaxt təmsilçisi «Hibernian» ikinci pillədən lider «Seltik»ə nəfəsini vurur.

4. İsveçrə - 27 mövsüm

Paytaxtdan son çempion: «Yanq Boyz» (Bern) – 1985/86.
Mane olan: «Bazel», «Qrasshoppers» (Sürix) və daha 8 klub.
Seriyanı qırmağa namizəd: «Yanq Boyz».

50-ci illərin ikinci yarısında «Yanq Boyz» medallar kolleksiyası yığırdı. Sonradan titul əssən Sürix və Bazel şəhərləri arasında bölünürdü. Son 27 ildə isə paytaxt boşluqda qalıb. Doğrudu, 3 il əvvəl «Yanq Boyz» «qızıl»ı «Bazel»dən «oğurlaya» bilərdi. Lakin soa 1 tur qalmış zəif «Lütsern» tərəfindən darmadağın edilib, sonuncu da isə «qızıl» matçda gələcək çempiona uduzub.

5. Uels - 20 mövsüm

Paytaxtdan son çempion: olmayıb.
Mane olan: «Kumbran Taun», «Banqor Siti», «Barri Taun», TNS (Llansantffreyd), «Ril», «Llanelli».
Seriyanı qırmağa namizəd: hazırkı elitadan heç bir klub.

Hələ ki, «Suonsi» İngiltərə Preymer Liqasında gərdiş edirkən, «Kardiff» də ora düşməyə çalışırkən, Uels özünün müstəqil çempionatını keçirir. Gənc liqa 1992-ci ildə yaradılıb. Ötən paytaxtı paytaxt təmsilçiləri çempionluq üzü görməyiblər. Aşağı divizionda isə «İnter Kardiff», «Kardiff Korintians» və «Kardiffs Arlekins» kimi paytaxt komandaları var.

6. Lüksemburq - 18 mövsüm

Paytaxtdan son çempion: «Avenir» (Lüksemburq, Beggen rayonu) – 1993/94.
Mane olan: «Jeness», «Düdelanj», «Qrevenmaher».
Seriyanı qırmağa namizəd: «Rasinq», «Hamm Benfika».

Bu çempionatın yaşı əsri ötüb. Ölkənin eyniadlı paytaxtına isə əyalət klubları 18 ildi ki, çempionluğa embarqo qoyublar. 86 min əhalilik şəhərin son çempionu paytaxt Lüksemburqun şimal kənarından «Avenir» olub. Hazırkı çempionatda isə paytaxtın məşhur adları «oğurlayan» komandaları -«Benfika» və «Rasinq» var.

7. Fransa - 18 mövsüm

Paytaxtdan son çempion: «Pari Sen Jermen» (Paris) – 1993/94.
Mane olan: «Nant», «Oser», «Monako», «Lans», «Bordo», «Lion», «Marsel», «Lill», «Monpelye».
Seriyanı qırmağa namizəd: «Pari Sen Jermen».

Avropanın çempionluq həsrətinə son qoymağa ən çox borclu olan şəhəri Parisdi. Belə böyük xərclər və ulduzlarla PSJ-nin çempion olmaması günahdır. Ötən il buna mane olan «Monpelye»ni artıq sayan yoxdur. Əvəzində rəqabətdə «Lion» var, «Marsel» var.

8. Sloveniya - 17 mövsüm

Paytaxtdan son çempion: «Olimpiya» (Lyublyana) – 1994/95.
Mane olan: «Qoritsa» (Nova-Qoritsa), «Maribor», «Domjale», «Koper».
Seriyanı qırmağa namizəd: «Olimpiya» (Lyublyana).

Müstəqil Sloveniyanın ilk 4 çempionatını ardıcıl olaraq «Olimpiya» qazandı. Sonradan ortabablar sırasına endi və yeni sahib – Şollmayerin əlinə düşdü. Heyətə Miran Pavlin, Mladen Rudonya, Robert Prosineçki kimi oyunçular gəlsə də, tezliklə maliyyə tükənib. Klub isə iflasın nə olduğunu görüb. Bu sınaqdan çıxan paytaxt klubu indi hazırkı Sloveniya hegemonu «Maribor»un izində gedir.

9. Litva - 13 mövsüm

Paytaxtdan son çempion: «Jalgiris» (Vilnüs) -1998/99.
Mane olan: FBK «Kaunas», «Ekranas» (Panevejis).
Seriyanı qırmağa namizəd: «Jalgiris», REO.

Sovet dövründən Litva futbolunun lideri payız-yaz sistemli son ölkə çempionatını qazandıqdan sonra, titula həsrətdir. Yaz-payız sistemində «Kaunas» hegemonluq edərkən «Jalgiris» tarixinin ağır dönəmini yaşayıb. 2008-ci ildə klub prezidenti həbs olunmuş, futbolçulara isə maaş verilmirdi. Növbəti mövsümü komanda aşağı divizionda başlayıb. Orada 7 komanda arasında 6-cı olsa da, idman prinsiplərindən kənar, tarixi nailiyyətlərə görə elitaya qaytarılıb. Bu mövsümdə «Jalgiris» «Ekranas»la əzmkar çempionluq mübarizəsi aparır.

10. İtaliya - 11 mövsüm

Paytaxtdan son çempion: «Roma» – 2000/01.
Mane olan: «Yuventus» (Turin), «Milan», «İnter» (Milan).
Seriyanı qırmağa namizəd: «Latsio», «Roma».

Əsrlərin qovuşacağında Roma son «skudetto»sunu görüb. O vaxtdan maliyyə problemləri paytaxtlıları iddiadan uzaq qoyub. Belə vəziyyətdə 2 Milan və 1 Turin təmsilçisi ilə rəqabət aparmaq çətin olub. O vaxtdan «Roma»nın hər hansı cəhdləri olsa da, «Latsio» ortabablar sırasına qoşulmağa imkan tapıb. «Yuventus»un «A» Seriyadan uzaqlaşdırılması da kömək etməyib. «Roma» 2-ci pillədən yuxarı qalxa bilmədi. İndi isə Milan təmsilçiləri böhranda olduğu halda, «Yuventus» dirilib. Üstəlik də «Napoli» ona qoşulub. Belə halda «qartallar» və «canavarlar» çempionluğu yaxın vaxtlarda ancaq yuxularında görə bilərlər.

Xəbər 1082 dəfə oxundu.