Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə üçüncü Avropa Oyunlarında iştirak edəcəklər
Polşanın ev sahibliyi edəcəyi üçüncü Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək. Avropa Şahmat İttifaqının məlumatına əsasən, şahmat turniri iyunun 19-da olacaq. Azərbaycan Şahmat Federasiyası artıq komandanın heyəti ilə bağlı ərizəni təşkilatçılara göndərib.

Polşadakı yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcəklər.

Qeyd edək ki, qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaqlar. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçilib.

Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaqlar. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Xəbər 137 dəfə oxundu.