12 ildə ilk dəfə borclar azaldı
«Qalatasaray»ın prezidenti Ünal Aysal, klubda borc artımının son 12 ildir ilk dəfə enişə keçdiyini söyləyərək «Borcu 315 milyon dollardan 207 milyon dollara endirdiyim üçün bir «Qalatasaray»lı olaraq özümü çox xoşbəxt hiss edirəm» deyib.

Klubun borcunun daha da azalması üçün hər cür tədbiri aldıqlarını deyən Aysal «Önümüzdəki dövrdə borcun daha da aşağı enməsi üçün hər cür tədbir görülmüşdür və aşağı enəcək. Əhəmiyyətli olan hansı borcu hansı pulla ödəyəcəyimdir. Yoxsa, borcların şərtləri deyil. Borclar dollarladır və mən dollar ilə ödəyirəm. 207 milyon dollara da endirmiş vəziyyətdəyik. Bunun üçün idarə heyətini günahlandırmaq yerinə təbrik etmək lazım idi».

Vaxtı çatan borcların 50 milyon dollardan 11 milyona, banklara olan borcların isə 150 milyon dollardan 129 milyon dollara endiyini bildirən Aysal «Bank borcları daha çox salına bilərdi, amma zamanı gəldiyində ödənər. Son ilyarımdı «Qalatasaray» Türkiyədə böhranı ən yaxşı keçən klublar arasındadır. Çünki borclarımızı zamanında çəkinmədən ödəyirik. Əlavə borclanmırıq. Gördüyünüz kimi borclarımız artmamış, düşmüş. Bu vəziyyətdə nəyi tənqid edirik. Üstəlik bu pullar xərclənərkən uğurlar qazanılmışdır. Bizi bura pul qazanaq deyə gətirmədiniz. Xərclərimiz bir az artmış ola bilər, amma bunların qarşılığı bir müvəffəqiyyətdir. Xərcləri salmaq üçün çox ciddi işlərimiz var. Bu işlər müvəffəqiyyətə çatacaq, amma hələ işin və yolun başındayıq» söyləyib.

İdman.com.az saytının məlumatına görə, Ünal Aysal komandanın UEFA Çempionlar Liqasındakı iddiasıyla bağlı «Heç bir hədəfimizdə dəyişmə yoxdu. Hədəflərimizi sona qədər qoruyacağıq. Əgər qrupu keçməsək, çox təbii «uğursuz» deyərəm. Bu anda elə bir şey yoxdur» vurğulayıb.
Dövrə arasında transferlə bağlı Aysal «Qalatasaray»da transfer heç dayanarmı, transfer hər vaxt davam edər» cavabını verib.

Xəbər 964 dəfə oxundu.