Vyetnamda Formula 1 yürüşləri keçiriləcəkmi?
Formula 1 rəhbərliyi Vyetnamda mərhələnin təşkil olunması fikrindən daşınmayıb. 2020-ci ilin aprelinə nəzərdə tutulan Qran-Pri hələ də keçirilməyib.

Hanoydakı yarışəhər trasındakı Qran-Pri təşkilatçılarının planlarına əvvəlcə koronavirus mane oldu. 2020-ci ilin sonunda isə Hanoyun sabiq meri, layihəyə rəhbərlik edən Nquyen Dak Çunq korrupsiyada və xidməti vəzifəsindən sui-istifadədə ittiham edilərək həbs olundu. Nəticədə elə görünürdü ki, Vyetnam Qran-Prisi təqvimdə heç vaxt yer almayacaq.

Martın sonunda Formula 1 rəhbərliyi Hanoyda olub və orada yeni yerli hakimiyyət orqanları ilə müqavilənin 2024-cü ildən yenilənməsi barədə danışıqlar aparıb. Yürüş elə üç il bundan əvvəl planlaşdırıldığı yerdə - Namtılyem rayonundakı trasın qismən küçələri boyunca və stasionar hissəsində keçiriləcək.

Xəbər 132 dəfə oxundu.