Formula 1: Bu gecədən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyata bağlı olacaq | |
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) aprelin 28-30-da təşkil olunacaq Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir. Bu gecə saat 22:00-dan etibarən Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyata bağlı olacaq. BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir. |
|
Xəbər 132 dəfə oxundu. |
|
|