Formula 1 Azərbaycan Qran-Prisinə ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb
Bu il keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin biletləri əvvəlki yarışlardan daha sürətlə satılır. Tribunaların bir çoxuna biletlər artıq tamamilə tükənib. Qalan tribunalarda isə çox az yer qalıb.

Bunu açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O qeyd edib ki, “Abşeron” tribunasının B seksiyasına, “Filarmoniya”, “Sahil” və “Bulvar” tribunalarına biletlər tam satılıb. “Muğam” tribunasına isə çox az bilet qalıb.

Turab Teymurov vurğulayıb ki, Formula 1 yarışı artıq yeddinci ildir Azərbaycanda keçirilir. Lakin ilk dəfədir ki, biletlər belə tez satılır. Bakıdakı yarışa ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb.

“Azərbaycan Qran Prisi aprelin 28-30-da keçiriləcək. Paytaxtda əsas turnirlə yanaşı, mövsümün ilk sprint yarışı da təşkil olunacaq. Ümidvarıq ki, Azərbaycan Qran Prisi gələcəkdə də davam edəcək. Bakıdakı yarışın müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir. Bu barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə paylaşılacaq”, - deyə Turab Teymurov əlavə edib

Xəbər 138 dəfə oxundu.