Droqba noyabrda «Çelsi»yə dönür
Roberto Di Matteo «Çelsi»nin əfsanəsi Didye Droqbanın noyabrın 6-dan sonra «Zadəganlar»ın düşərgəsinə dönəcəyini bildirib. Droqba Çin Superliqası bitəndən sonra Afrika Millətlər Kuboku üçün formasını saxlamaq məqsədini güdür. Di Matteo deyib:

«Didyenin «Çelsi»nin heyətində icarə əsasında oynayacağını istisna etmirik. Bu istiqamətdə işlər aparılır. Komandanın bütün oyunçuları keçmiş komanda yoldaşlarını səbrsizliklə gözləyirlər».

İdman.com.az saytının məlumatına görə, Droqba bu yolla Devid Bekhem, Tyerri Anri, Robbi Kindən nümunə götürmək istəyir. Onlar da iştirak etdikləri əcnəbi çempionatlarda fasilə olarkən icarədə oynayaraq, vaxtı boşa vermirdilər.

Xəbər 927 dəfə oxundu.