"Real Madrid" klubu Cud Bellinqemi heyətinə qatmaq variantından imtina edib
"Real Madrid" yay transfer pəncərəsində “Borussiya Dortmund”un yarımmüdafiəçisi Cud Bellinqemi heyətinə qatmaq variantından imtina edib.

Bu barədə “Relevo” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Real Madrid" Bellinqemi çox bəyənsə də, klub ingilis futbolçunun Madrid komandasına uyğunlaşa biləcəyinə şübhə edir. Həmçinin problem 19 yaşlı yarımmüdafiəçi üçün tələb olunan məbləğdir ki, bu da 100 milyon avrodan çoxdur.

Bellinqemin “Real Madrid”ə transferinin mümkün olacağı yeganə variant, “Mançester Siti” və “Liverpul”dan gələn təkliflərə baxmayaraq, futbolçunun özü Madrid klubuna keçmək arzusunu bəyan etməsidir.

Xəbər 122 dəfə oxundu.