Stoiçkov jurnalistlə dalaşdı
Bolqarıstan yığmasının keçmiş oyunçusu, hazırda «Liteks»in baş məşqçisi Xristo Stoiçkov tək futbol bilikləri ilə tanınmayıb. İdman.com.az saytının məlumatına görə, 90-cı illərin ulduzu «Çikaqo Fayer» klubunun 15-illik yubileyində fərqlənib.

Stoiçkov 2000-2002-ci illərdə məhz bu klubun formasını geyinmişdi. İndiki tədbir Çikaqo tarix muzeyində keçirilirdi. Şəhərin polisləri indi şok vəziyyətinə düşüblər. Bolqar jurnalist Svetlozar Momçilov polisə ərizə yazaraq, müsahibə götürmək istəyi müqabilində Stoiçkovun yumruğunu onun üzünə çəkdiyini bildirir.

Bu, Stoiçkovun təcavüzkar xarakterinin ilk təzahürü deyil. Hələ futbol oynayarkən 2003-cü ildə «Di Si Yunayted» futbolçusu Stoiçkov rəqibin ayağına kobud yıxılması ilə onun ayağını sındırması səbəbilə 2 min dollarlıq cərimə almışdı.

Xəbər 1018 dəfə oxundu.