Lemparda ağlasığmaz təklif
«Çelsi»nin ulduzu Frank Lemparda Droqbanın formasını geydiyi Çinin «Şanhay Şenhua» klubundan rədd edilməsi çətin görünən bir təklifin gəlib. İdman.com.az saytının məlumatına görə, 34 yaşlı futbolçu üçün aylıq 1 milyon funt bir ödəniş nəzərdə tutan Çin klubunun təklifinə ingilis oyunçunun necə cavab verəcəyi maraqlıdır.

Lempardın bu mövsüm londonlularla müqaviləsinin bitəcəyi təcrübəli oyunçunun klubdan ayrılacağı söz-söhbətlərini artırır.
Digər yandan Lempardı istəyən tək «Şenhua» deyil. 37 yaşlı digər ingilis ulduz Devid Bekhemın forma geydiyi «Los Anceles Qalaksi» də onu sıralarında görmək istəyən klublardandır.

Xəbər 844 dəfə oxundu.