«Milan» Quardiolaya 4 illik müqavilə təklif edəcək
«Milan»ın sahibi Silvio Berluskoni hazırkı sükançısı Massimiliano Alleqrinin yerinə yeni baş məşqçi axtarışını davam etdirir.

«La Repubblica» qəzetinin yazdığına görə, «rossoneri»lər bu vəzifəyə «Barselona»nın keçmiş sükançısı Xosep Quardiolanı gətirmək istəyirlər. Ancaq bu məsələdə problem məşqçinin maaşının yüksək olmasıdı. Alleqrinin hazırkı maaşı Quardiolanın istədiyindən iki dəfə aşağıdır.

İdman.com.az saytının məlumatına görə, «Milan» rəhbərliyi Quardiolaya illik 6 milyon maaşla 4 illik müqavilə təklif edir. Əgər təklifi qəbul edərsə, Quardiola gələn ildən komandanın başına keçə bilər.

Xəbər 920 dəfə oxundu.