İngiltərə Premyer Liqası: Ceyms Milner ilk üçlüyə yüksəlib
“Liverpul”un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqasında keçirdiyi oyunların sayına görə üçüncü pilləyə yüksəlib.

Futbolçu buna İngiltərə Premyer Liqasının səkkizinci turundan təxirə salınmış "Çelsi" ilə matçda (0:0) meydana çıxmaqla nail olub.

Bu görüş Milnerin 610-cu çempionat matçı kimi yadda qalıb. Nəticədə Ceyms Frenk Lempardı (609) geridə qoyub.

İngiltərə çempionatında ən çox oyun keçirən futbolçuların siyahısına "Aston Villa", "Everton", "Mançester Siti" klublarında çıxış etmiş Qaret Barri (653) liderlik edir. "Mançester Yunayted"in sabiq üzvü Rayan Giqqz (632) isə ikinci pillədə yer alıb.

Xəbər 105 dəfə oxundu.