Formula 1: “Pirelli” Bakı, Mayami və İmola mərhələləri üçün şin tərkiblərini açıqlayıb
Formula 1 yarışları üçün inhisarçı şin tədarükçüsü olan “Pirelli” kompaniyası qarşıdakı Bakı, Mayami və İmola yürüşləri üçün şinlərini tərkiblərini açıqlayıb.

“Pirelli” Azərbaycan Qran-Prisi və Mayami Qran-Prisi üçün ötən il bu mərhələlərdə istifadə olunmuş həmin üç tərkibi gətirəcək. Bunlar, Bakıda sərtliyinə görə ən yumşaq C3, C4 və C5, Mayamidə isə orta sərtliyi olan C2, C3 və C4 tərkibləridir.

Şin istehsalçıları Emiliya-Romanya Qran-Prisinə əvvəlki illə müqayisədə daha yumşaq C3, C4 və C5 tərkibləri gətirəcəklər. Bu, İmola trasında təkərlərin minimal səviyyədə yeyilməsi ilə bağlıdır.

Bundan başqa, İtaliya mərhələsindən başlayaraq, məşqlərdə şinlərin əlçatanlığı da dəyişəcək. Birinci məşq zamanı yalnız “hard”, ikincidə - “medium”, üçüncüdə isə yalnız “soft” şinlərdən istifadə ediləcək. Bu yenilik uik-end zamanı hər bolid üçün təkər komplektinin 13-dən 11-ə endirilməsinə imkan verəcək.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakıda keçiriləcək.

Xəbər 155 dəfə oxundu.