Bədii gimnastlarımız dünya kuboku yarışlarında güclərini sınayıblar
Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya kuboku yarışları keçirilib.

Yarışda ölkəmizi yığma komandamızın üzvləri Zöhrə Ağamirova və Alina Gözəlova təmsil ediblər.

Gimnastlarımızdan ən yaxşı nəticəni halqa ilə hərəkətlərdə finala adlayan Z.Ağamirova göstərib. O, bu alətlə hərəkətlərin icrasında altıncı pillədə qərarlaşıb.

Xəbər 129 dəfə oxundu.