“Avro-2024”ün final mərhələsinin püşkatma mərasiminin vaxtı bəlli olub | |
Futbol üzrə “Avro-2024”ün final mərhələsinin püşkatma mərasiminin vaxtı bəlli olub. Bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 47-ci konqresi zamanı mətbuat konfransında açıqlama verib. Sloveniyalı funksioner bildirib ki, tədbir bu il dekabrın 2-də baş tutacaq. Qeyd edək ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada təşkil olunacaq. |
|
Xəbər 120 dəfə oxundu. |
|
|