“Malyorka” yarımmüdafiəçisi Rodriqo Battalya ilə yollarını ayırıb
İspaniyanın “Malyorka” klubu yarımmüdafiəçisi Rodriqo Battalya ilə yollarını ayırıb.

Argentinadan olan 31 yaşlı futbolçu La Liqa təmsilçisini Braziliyanın “Atletiko Mineyro” klubuna dəyişib.

Mineyro təmsilçisi bu transferə görə İspaniya klubuna 800 min avro ödəyib. Tərəflər arasındakı müqavilə 2024-cü il dekabrın 31-dək nəzərdə tutulub.

Battalya 2021-ci ilin yayından “Malyorka”da forma geyinirdi. Bu komandada 49 matça çıxmış futbolçu daha əvvəl “Sportinq” (Lissabon), “Moreyrense”, “Hurakan”, “Alaves”, “Rasinq”, “Rosario Sentral”, “Çaves” kimi klubların da şərəfini qoruyub. O, Argentina yığmasında da 2 oyun keçirib.

Xəbər 115 dəfə oxundu.