“Valyadolid” klubunun yeni baş məşqçisi müəyyənləşib
Bir neçə gün əvvəl Xose Roxo Martinini istefaya göndərən "Valyadolid"in yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə İspaniya klubunun saytı məlumat yayıb.

Komandaya Paulo Pezzolano baş məşqçilik edəcək. Onunla 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

Otuz doqquz yaşlı mütəxəssisin son iş yeri ötən mövsüm İtaliya B seriyasını qazanan "Kruzeyro" olub.

Qeyd edək ki, "Valyadolid" hazırda La Liqanın turnir cədvəlində 28 xalla 16-cıdır.

Xəbər 106 dəfə oxundu.