Bədii gimnastlarımız Bolqarıstana yollanıblar
Bədii gimnastika üzrə Azərbaycan yığması “Sofia Cup” beynəlxalq turnirində iştirak edəcək.

Komandamız bu məqsədlə yarışın təşkil olunacağı Bolqarıstanın paytaxtı Sofiyaya yollanıb.

Böyüklər arasında Mədinə Dəmirova və İlona Zeynalova, gənclərin yarışında isə Nuray Əhmədzadə ilə Şəms Ağahüseynova Azərbaycanı təmsil edəcəklər.

Bu gün start götürəcək “Sofia Cup” aprelin 11-dək davam edəcək.

Xəbər 165 dəfə oxundu.