Dünya çempionatında gümüş medal qazanan qılıncoynadanımız Bakıya qayıdıb
Bolqarıstanın Plovdiv şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya çempionatında sablya növündə şəxsi yarışda gümüş medal qazanan Zərifə Hüseynova Bakıya qayıdıb.

idmançımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin əməkdaşları, Azərbaycan Qılıncoynatma Federasiyasının nümayəndələri qarşılayıblar.

Zərifə Hüseynova bildirib ki, 2021-ci ildə Misirin paytaxtında keçirilən çempionatda bürünc medal qazanmışdım. Bu dəfə dünya çempionatında gümüş medala sahib oldum. Növbəti hədəfim qızıl medaldır.

“Bu yarışda yarımfinal görüşü mənim üçün çətin oldu. Əvvəlcə geridə olsam da, sonradan güc topladım və qalib gələ bildim. Final döyüşündə çox həyəcanlıydım. Çünki belə alınacağını heç gözləmirdim. Ona görə də həyəcan bir qədər təsir etdi. Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyinə və baş məşqçimiz Çingiz Mustafayevə minnətdarlığımı bildirirəm”, - deyə o əlavə edib.

Xəbər 252 dəfə oxundu.