AFFA-nın təlimatçıları Polşada UEFA-nın seminarına qatılıblar
AFFA-nın təlimatçıları Faiq Əzizov, Üzeyir İbrahimov və Vitaliy Kovalyov Polşanın Qdansk şəhərində keçirilən qapıçılar üzrə məşqçilərin seminarına qatılıblar.

Təlimatçılar üçün nəzərdə tutulan seminar UEFA-nın təşkilatçılığı ilə baş tutur.

AFFA-nın təlimatçıları aprelin 6-dək davam edəcək toplantıda iştirak edirlər.

Xəbər 131 dəfə oxundu.