Şahmatçılarımız Özbəkistanda Aqzamov memorialında mübarizəyə başlayırlar
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə Aqzamov memorialı start götürəcək.

Yarışda Azərbaycanın iki şahmatçısı - Misrətdin İsgəndərov və Vüqar Rəsulov mübarizə aparacaq.

Aprelin 12-dək davam edəcək yarışda 63 şahmatçı birincilik uğrunda mübarizə aparacaq. Turnirin reytinq favoriti yerli idmançı Şamsiddin Vohidovdur.

On bir ölkədən zəka sahiblərinin qatılacağı yarışın iştirakçılarından doqquzu qrosmeysterdir.

Xəbər 149 dəfə oxundu.