Tovuzda kütləvi futbol festivalı keçirilib
Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə Tovuz şəhər stadionunda kütləvi futbol festivalı keçirilib.

Bu barədə Futbolun İnkişaf Fondundan məlumat verilib.

Festivalın keçirilməsində məqsəd partlayıcı sursatların təhlükəsinə dair uşaqların və böyüklərin məlumatlandırılması və bilik səviyyəsinin artırılmasıdır.

Tədbirdə Tovuz klubunun futbolçuları ilə 6-17 yaşlı 85 məktəbli arasında əyləncəli oyunlar keçirilib.

Festivalda iştirak edən bütün uşaqlara “Turan Tovuz”un mövsümi biletləri hədiyyə edilib.

Qeyd edək ki, tədbir Futbolun İnkişaf Fondu və “Turan Tovuz” futbol klubunun təşkilatçılığı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), BMT-nin Uşaq Fondu (UNICEF), Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi və Avropa İttifaqının humanitar yardımının maliyyə dəstəyi ilə “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma Ayı” layihəsi çərçivəsində keçirilib.

Xəbər 213 dəfə oxundu.