“Trabzonspor” klubu yenidən baş məşqçisiz qalıb
Türkiyənin “Trabzonspor” futbol klubu yenidən baş məşqçisiz qalıb.

Trabzon təmsilçisinin çalışdırıcısı Orhan Ak istefa verib.

Türkiyə kuboku yarışlarının dörddəbir final mərhələsinin “Ankaragücü” (3:1) ilə matçından sonra mətbuat konfransında iştirak edən 43 yaşlı mütəxəssis klub prezidenti ilə hələlik əlaqə qura bilməsə də, futbolçularla artıq vidalaşdığını deyərək, komandadan gedəcəyini açıqlayıb.

Qeyd edək ki, Abdullah Avcının gedişindən sonra martın 8-də bu posta təyin olunan Akın rəhbərliyi altında “Trabzonspor” 3 oyun keçirib. Komanda bu matçların ikisində məğlub olaraq yalnız bir görüşdə meydandan qalib ayrılıb.

Xəbər 111 dəfə oxundu.