“Trabzonspor” Türkiyə kuboku yarışlarında münarizəni dayandırıb
Futbol üzrə Türkiyə kuboku yarışlarında ilk yarımfinalçı müəyyənləşib.

Yarışın dörddəbir final mərhələsi çərçivəsində “Trabzonspor” klubu ilə qarşılaşan "Ankaragücü" rəqibini 3:1 hesabı ilə məğlub edib.

Bu qələbə ilə "Ankaragücü" yarımfinala yüksəlib. Komanda bu mərhələdə "Qalatasaray" - "Başakşehir" matçının qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, kubok yarışlarında dörddəbir final mərhələsi bir oyundan ibarətdir.

Xəbər 186 dəfə oxundu.