“Bavariya”nın futbolçusu Tomas Müller yeni rekorda imza atıb
“Bavariya”nın futbolçusu Tomas Müller yeni rekorda imza atıb.

Bunun üçün futbolçunun “Frayburq”la Almaniya Kubokunun 1/4 final oyununda start heyətində meydana çıxması kifayət edib. Belə ki, 33 yaşlı Müller Münxen klubunun heyətində 64-cü kubok görüşündə iştirak edib. O, Sepp Mayerin 63 oyunluq rekordunu yeniləyib. Almaniya Kubokunda Gerd Müller 62, Frans Bekkenbauer 61, Oliver Kan və Hans-Corc Şvartsenbek isə 59 qarşılaşmada meydana çıxıblar.

Qeyd edək ki, Tomas Müller 2008-ci ildən “Bavariya”nın əsas komandasında forma geyinir.

Xəbər 223 dəfə oxundu.