“Sərhədçi” və “Sabah” basketbol klubları növbəti qələbələrini qazanıblar
Azərbaycan Basketbol Liqasında (ABL) XXIV tura start verilib.

Açılış oyununda "Sərhədçi" komandası region təmsilçisi "Olimpik Şəki" ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 94:91 hesablı çətin qələbəsi ilə başa çatıb.

Oyunda ən məhsuldar basketbolçular "Sərhədçi"dən Maksvel Starvud (35 xal, 7 ribaund), "Olimpik Şəki"dən isə Davante Kuper (29 xal, 5 ribaund) olub.

Günün ikinci matçı "Neftçi" və "Sabah" basketbolçuları arasında keçirilib. “Sabah” rəqibinə 80:68 hesabı ilə qlaib gəlib.

Qarşılaşmada "Neftçi"dən Mohsen Moradxani (23 xal, 16 ribaund), "Sabah"dan isə Kamran Məmmədov (19 xal, 7 ribaund) ən məhsuldar basketbolçular olub.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Zirvə Astara" - NTD və "AAAF Xırdalan" - "Gəncə" görüşləri ilə yekun vurulacaq.

Xəbər 136 dəfə oxundu.