Alexlə Ərdoğan da vidalaşdı
Türkiyənin baş naziri «Fənərbağça» ilə yolları ayrılan braziliyalı futbolçu Aleks də Souza ilə görüşüb.

İdman.com.az saytının məlumatına görə, Rəcəb Tayyib Ərdoğanın Dolmabaxçadakı iş yerində keçirdiyi görüş təxminən bir saat davam edib.

Görüşə Aleksin həyat yoldaşı Dayanne de Souza ilə NTV İdman şərhçisi Rıdvan Dilmən də qatılıblar. Toplantıdan sonra Aleks hər hansı bir açıqlama verməyib.

Xəbər 886 dəfə oxundu.