Futzal üzrə millimiz beynəlxalq reytinq cədvəlində geriləyib
Futzal üzrə milli komandaların növbəti beynəlxalq reytinq cədvəli açıqlanıb.

Azərbaycan millisi yeni reytinq cədvəlində bir pillə geriləyib. Buna səbəb komandamızın ötən ay dünya çempionatının əsas mərhələsindəki nəticələridir. Yunanıstan üzərindəki 5:2 hesablı qələbəyə baxmayaraq, Polşaya uduzan (2:7) yığmamız hazırda siyahının 13-cü pilləsində yer alır. Komandamızın aktivində 1395 xal var.

Reytinqə 1821 xalla Braziliya yığması başçılıq edir. İspaniya (1787) ikinci, Argentina (1764) isə üçüncü yerdə qərarlaşıblar.

Xəbər 124 dəfə oxundu.