Karlo Ançelottinin oğlu “Bazel”in baş məşqçisi postuna namizəddir
“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti “Bazel”in baş məşqçisi postuna namizədlərdən biridir.

Bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, D.Ançelotti məşqçilik karyerasına başlamaq qərarına gəlib və müntəzəm olaraq UEFA Çempionlar Liqasında çıxış edən İsveçrə klubunu çalışdırmaq niyyətindədir. Cari mövsüm Davidenin İngiltərənin “Everton” klubunu çalışdırmaq imkanı olsa da, bundan yararlanmayıb.

Xəbər 122 dəfə oxundu.