Messi PSJ ilə yeni müqavilə imzalamaqdan imtina edib
PSJ klubunun hücumçusu Lionel Messi komanda ilə yeni müqavilə imzalamaqdan imtina edib.

Bunu jurnalist Veronika Brunati tviter səhifəsində yazıb.

Messi Fransa klubundan azad agent statusunda ayrılacaq.

Mənbənin məlumatına görə, “Barselona” bu həftə 35 yaşlı futbolçu ilə danışıqlara başlayacaq və ona müqavilə təklif edəcək. İspaniya klubu Messi ilə birbaşa danışıqlar apara bilər, çünki onun PSJ ilə müqaviləsinin bitməsinə altı aydan az vaxt qalıb.

Qeyd edək ki, “Barselona” Messini geri qaytarmaq üçün maddi cəhətdən müqaviləni dəstəkləyəcək əsas sponsorlarla danışıqlar aparır. Hazırda klubun bunu etmək üçün maliyyə imkanları yoxdur.

Xəbər 134 dəfə oxundu.