Formula 1 və MotoGP Madriddə birgə mərhələ keçirə bilərlər
2023-cü ilin martında Madriddə Formula 1 çempionatının tarixində ilk dəfə olaraq “Formula 1 Exhibition” sərgisi açılıb. Ekspozisiyanın təqdimat mərasimində Formula 1-in başçısı Stefano Domenikali şəxsən iştirak edib. Domenikali bildirib ki, Madridə şəhəri Barselona mərhələsinin əvəzinə deyil, ona əlavə olaraq öz Qran-Prisinin keçirilməsində maraqlıdır.

Əsas motoyürüş çempionatı MotoGP-nin promouteri olan “Dorna” şirkətinin rəhbəri Karmelo Espeleta da mərhələnin Madriddə keçirilməsinə marağını bildirib. Belə ki, dünyanın iki əsas yürüş seriyası öz yarışlarını bir trasda eyni uik-end çərçivəsində keçirməlidirlər.

“Mən Stefano Domenikali ilə danışdım ki, o, Formula 1 çempionatının və MotoGP-nin yürüşlərini eyni uik-enddə, eyni trasda keçirilməsinə razılaşsın. Biz bu barədə fikirləşirik. Stefano mənimlə Madriddəki tras barədə danışdı, mən isə Madrid meri ilə bu barədə söhbət etdim”, - deyə Karmelo Espeleta bildirib.

Bununla yanaşı, Madriddə uik-endin keçirilməsi barədə heç bir seriya rəsmi bəyan etməyib.

Xəbər 135 dəfə oxundu.