“Bridgestone” Formula 1-ə qayıtmaq niyyətindədir
Formula 1 üçün təkərlərin tədarükü üzrə kontrakt 2025-ci ilədək qüvvədədir və son on beş ildə yürüş şinlərinin inhisarçı tədarükçüsü İtaliyanın “Pirelli” kompaniyasıdır. Bu kompaniya 2025, 2026 və 2027-ci, ola bilər ki, 2028-ci illər üçün nəzərdə tutulan yeni tenderdə iştirak etmək niyyətindədir.

Kompaniyanın avtomobil idmanı bölməsinin rəhbəri Mario İzolla “Pirelli”nin böyük ehtimalla tenderdə iştirak üçün müraciət edəcəyini, lakin bunun təminatı olmadığını bildirib. Şin istehsalçısı vurğulayıb ki, yeni tələblər hazırda mövcud olan şərtlərdən fərqlənir. Bu səbəbdən italiyalılar onları araşdırır və bundan sonra qərar qəbul edəcəklər.

Lakin “Auto Motor und Sport” portalının məlumatına görə, “Bridgestone” kompaniyası Formula 1-ə qayıda bilər. Yaponiya şirkəti son dəfə 2010-cu il dünya çempionatı üçün təkər tədarük edib və hazırda Formula 1-ə qayıtmaq imkanını nəzərdən keçirir. “Liberty Media” bu məlumatı dəstəkləyir, çünki bir tenderdə rəqiblərin olması şin istehsalçıları ilə daha əlverişli sərtlərlə kontrakt bağlamağa imkan verir.

Xəbər 122 dəfə oxundu.