Almaniya 2036-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər
Berlin Senatı 2036-cı il Yay Olimpiya Oyunlarının Almaniya paytaxtında keçirilməsi üçün müraciət etməyi planlaşdırır.

Bu barədə Almaniyanın “Bild” qəzeti Almaniya Sosial Demokrat Partiyası ilə Xristian Demokrat İttifaqı arasında koalisiya sazişi layihəsinə istinadən məlumat yayıb.

Beynəlxalq Olimpiya Komitəsi 2024-cü ildə Yay Olimpiya Oyunlarının Parisdə, 2028-ci ildə Los-Ancelesdə, 2032-ci ildə Brisbendə keçiriləcəyini açıqlamışdı. Beləliklə, Berlinin iştirak edə biləcəyi növbəti tender kampaniyası 2036-cı il Olimpiadası üçün olacaq.

Yekun qərar Almaniya Sosial Demokrat Partiyası ilə Xristian Demokrat İttifaqının nümayəndələri arasında koalisiya sazişi imzalandıqdan sonra veriləcək.

Almaniya Yay Olimpiya Oyunlarına iki dəfə - 1936-cı (Berlin) və 1972-ci illərdə (Münhen) ev sahibliyi edib.

Xəbər 118 dəfə oxundu.