“Bayer”in yarımmüdafiəçisi karyerasını Braziliyada davam etdirəcək
Almaniyanın “Bayer” klubu yarımmüdafiəçisi Çarlz Aranqislə yollarını ayırıb.

Çili yığmasının üzvü Bundesliqa təmsilçisi ilə bu ilin yayında bitəcək müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etdirib.

Otuz üç yaşlı futbolçu bundan sonrakı karyerasını Braziliyanın “İnternasional” klubunda davam etdirəcək. O, klub ilə 2025-ci il iyunun 30-dək anlaşıb.

Aranqis 2015-ci ildə məhz “İnternasional”dan 13 milyon avro qarşılığında “Bayer”ə keçmişdi. O, bu komandada 214 oyuna 17 qol vurub. Təcrübəli futbolçu 2014-2015-ci illərdə formasını geyindiyi “İnternasional”da isə 36 oyunda 6 qola imza atıb. O, “Kobreloa”, “Kobresal”, “Kolo-Kolo”, “Kilmes”, “Udineze” kimi klubların da formasını geyinib. Yarımmüdafiəçi Çili yığmasında da 97 oyuna 7 qolla yadda qalıb.

Xəbər 118 dəfə oxundu.