Millimiz Azərbaycan kuboku yarışlarına qələbə ilə başlayıb
Qadınlar arasında basketbol üzrə Azərbaycan kuboku yarışlarına start verilib.

Azərbaycan Texniki Universitetinin idman zalında yarışın açılış oyunu keçirilib.

İlk oyunda PH və “AZE U-16” komandaları üz-üzə gəliblər. Oyunda U-16 yığmamız 79:45 hesablı qələbəyə sevinib.

Kubok yarışlarının ikinci oyunu bu gün saat 21:15 -də "Alov" və "BBA" komandaları arasında keçiriləcək.

Xəbər 126 dəfə oxundu.