“Sumqayıt” klubu 1237 gündən sonra səfərdə üç qol vurub
“Sumqayıt” klubu Azərbaycan Premyer Liqasının XXVIII turunun səfər matçında “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəlib. “Gənclik şəhəri” təmsilçisi təxminən 3 il 5 aydan sonra rəqib meydanında 3 qol vurub.

Sumqayıtın eyniadlı klubunun sonuncu belə məhsuldarlığı 2019/2020-ci il mövsümündə qeydə alınıb. Tovuz səfərindən 1237 gün əvvəl 2019-cu il noyabrın 10-da “Sabah”ın qonağı olan komanda 3:1 hesablı qələbə qazanıb.

Bundan sonrakı 46 səfər oyununda “Sumqayıt” ikidən çox qol vura bilməyib. 19 dəfə qolsuz qalan komanda 20 matçda 1, 7 qarşılaşmada 2 dəfə fərqlənib.

Xəbər 136 dəfə oxundu.