Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində məktəblilər üçün təlim keçirilib
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində məktəblilər üçün təlim keçirilib.

Şirkətin nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubunun təlimlərində SABİS, Landau, 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri iştirak ediblər.

Ümumilikdə 75 məktəbli Formula 1 avtoidmanı və marşallıq fəaliyyəti ilə bağlı keçirilən təlimdə nəzəri-praktiki biliklərə yiyələnib.

Təlim zamanı Formula 1 maşınlarının texniki xüsusiyyətləri, marşalların bu idman növündə rolu və onların fəaliyyətinin əhəmiyyəti barədə məlumat verilib. Bununla yanaşı, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Sonda isə məktəblilərə hədiyyələr və sertifikatlar təqdim olunub.

Təlimdən sonra şagirdlər Azərbaycan Avtomobil Federasiyası sürücülərinin “Volkicar” maşınları ilə göstərdiyi şounu izləyiblər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı Şəhər Halqasında təşkil olunacaq.

Xəbər 150 dəfə oxundu.