Dünya birinciliyinin ilk günündə dörd qılıncoynadanımız mübarizə aparacaq
Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında dünya birinciliyi start götürür.

ilk yarış günündə qılncoynatmanın sablya növü üzrə oğlan və qızlar arasında şəxsi yarışda qaliblər müəyyənləşəcək.

Qız sablyaçıların şəxsi yarışında ölkəmizi Zərifə Hüseynova təmsil edəcək. Oğlanların mübarizəsində isə Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov güclərini sınayacaqlar.

Dünya çempionatına aprelin 9-da yekun vurulacaq.

Xəbər 283 dəfə oxundu.