MMA döyüşçümüz Mehman Məmmədov növbəti qələbəsini qazanıb
Azərbaycanın MMA döyüşçüsü Mehman Məmmədov Yaponiyanın Osaka şəhərində keçirilən "Rizin 41" turnirində qələbə qazanıb.

O yerli idmançı Yusaku Nakamuraya cəmi 20 saniyəyə nokautla qalib gəlib.

Döyüşçü açıqlamasında ona yenidən şans verdiyi üçün Rizin təşkilatına təşəkkür edib: "Daha yaxşı mübarizə apararaq burada qalmaq istəyirəm. Bu, tək mənim yox, bütün Azərbaycanın qələbəsidir”.

Qeyd edək ki, bu gün digər MMA döyüşçümüz Vüqar Kərəmov "Rizin 41"də yaponiyalı Yoşinori Horie ilə üz-üzə gələcək.

Xəbər 137 dəfə oxundu.